Newsweek: Putinlə görüşdən sonra Trampın reytinqi yüksəlir

18 Avqust 2025 15:08 (UTC+04:00)

ABŞ lideri Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi sammitdən sonra onun reytinqi yüksəlib .

Bu barədə "Newsweek" sorğu məlumatlarına istinadən məlumat yayıb.

"InsiderAdvantage sorğusuna əsasən, indi seçicilərin 54%-i prezidentin fəaliyyətini bəyəndiklərini, 44%-i isə bəyənmədiklərini bildiriblər. Trampın xalis bəyənmə reytinqi nəşrin son iyul sorğusundan 10% çoxdur", - məqalədə qeyd edilir.

Mövsüm,

AzNews.az