Kuril adalarında 5,7 bal gücündə zəlzələ baş verib

18 Avqust 2025 09:03 (UTC+04:00)

Kuril adaları yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının ( RAA) Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Bildirilir ki, seysmik hadisə Severo-Kurilskdən 97 km aralıda baş verib. Qurbanlar barədə məlumat verilməyib.

Mövsüm,

AzNews.az