İstanbulun Atatürk hava limanı Ukrayna sülh sammitinə ev sahibliyi etmək üçün ən yaxşı variantdır.
“Milliyet” qəzeti bu barədə bildirib.
Nəşr yazır: “Türkiyə siyasi baxımdan qısa müddətdə belə bir zirvəyə ev sahibliyi edə biləcək yeganə ölkədir və Atatürk Hava Limanı ən uyğun yer kimi görünür”.
Nəşrin yazdığına görə, fəxri zalı və mətbuat konfransı zalı sammitin keçirilməsi üçün kifayət qədər uyğundur. Qeyd olunur ki, hava hücumundan müdafiə sistemləri nəqliyyat təyyarələri ilə çatdırıla və enişdən dərhal sonra hava limanında quraşdırıla bilər.
Mövsüm,
AzNews.az