ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynaya müəyyən formada təhlükəsizlik zəmanətləri təqdim olunacaq.
Aznews.az xəbər verir ki, ABŞ lideri bunu Ağ Evdə Zelenski ilə görüşü zamanı deyib.
"Təhlükəsizliyə gəlincə, çox kömək olacaq, çox kömək olacaq. Onlar, ilk müdafiə xəttindədirlər, çünki oradadırlar, amma biz də onlara kömək edəcəyik. Biz bu prosesdə iştirak edəcəyik”, - Tramp vurğulayıb.