Azərbaycan XİN Əfqanıstanı Müstəqillik Günü münasibətilə təbrik edib

19 Avqust 2025 13:32 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə qurumun "X" hesabında yazılıb.

"Əfqanıstanı və xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! Milli bayramınız mübarək!", - paylaşımda qeyd edilib.

AzNews.az