Avropa Birliyi ilə Rusiya arasında yeni gərginlik

7 Sentyabr 2013 14:56 (UTC+04:00)
Ermənistanın Gömrük İttifaqına qoşulma qərarı Avropa Birliyinin Qafqaz respublikaları ilə münasibətləri qaydaya salmaqla bağlı bütün planlarını alt-üst edib.

Avropa Birliyi bu ilin noyabr ayında bir neçə keçmiş sovet respublikası ilə yeni əməkdaşlıq yaratmaq üçün danışıqlara başlamağı planlaşdırır, amma Ermənistan çətin ki, onların arasında olsun.

Qərb mətbuatınn yazdığına görə, Ermənistanın bu addımı Avropanın narahatlığına səbəb olub. Çünki, Rusiyanın keçmiş sovet respublikaları üzərində nəzarəti yenidən ələ almağa çalışır.

Böyük Britaniya mətbuatı yazır ki, Avropa Birliyi ilə assosiasiya yaratmaq haqqında razılaşmalar, əslində ticarətin sadələşdirilməsi üzrə ölçülərin çərçivəsindən kənara çıxır. Çünki yeni qaydaya görə, onlar demokratik standartlara riayət etmə və qurulmuş islahatların keçirilməsi üzrə öhdəlikləri özündə saxlayırlar, halbuki, Gömrük İttifaqında belə qaydalar yoxdur. (anspress)

AzNews.az