Əfqanıstanda yol qəzasında ölənlərin sayı 79-a çatıb

20 Avqust 2025 18:06 (UTC+04:00)

Əfqanıstanın qərbindəki Herat əyalətində avtobus, motosiklet və Mazda yük maşınının iştirakı ilə baş verən yol qəzasında ən azı 79 nəfər həlak olub.

"Pajhwok" bu barədə məlumat yayıb.

“Qərbi Herat vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 79 nəfər həlak olub ”, - məqalədə deyilir.

Qeyd olunur ki, həlak olanların 76-sı İrandan bir müddət əvvəl qayıdan miqrantlardır. Nəşrin məlumatına görə, daha üç nəfər yaralanıb və onlar tez bir zamanda yerli xəstəxanalara çatdırılıb.

Mövsüm,

AzNews.az