Sabah hava yağmursuz olacaq

7 Sentyabr 2013 10:37 (UTC+04:00)
Sentyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağış yağacağı ehtimal olunur.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

AzNews.az