Abşeronda dəhşət: hamilə arvadını döyüb, uşağını öldürdü

7 Sentyabr 2013 10:50 (UTC+04:00)
Dünən Abşeron rayonunun Quşçuluq massivində dəhşətli cinayət baş verib.

Abşeron rayon Polis şöbəsindən AzNews.az-a daxil olan məlumata görə, Quşçuluq massivində kirayədə yaşayan Şəhla Quliyeva əri Rəşad İsmayılov tərəfindən döyülüb.

Məlumatda bildirilir ki, Ş.Quliyeva hamilə olub. Döyülmə nəticəsində onun qarnındakı uşaq ölüb.

Faktla bağlı araşdırma aparılır. RPŞ-dən bildirilib ki, ekspertizanın nəticəsi məlum olduqdan sonra R.İsmayılovla bağlı qanunun tələb etdiyi qaydada tədbir görüləcək.

Ruhiyyə
AzNews.az