İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq

21 Avqust 2025 13:37 (UTC+04:00)

Laçın şəhərində kanat yolu yəqin ki, gələn il hazır olacaq.

Bunu Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə bildirib.

“İkinci kanat yolu Xankəndi-Şuşadır, onun da təməlini qoyduq. Üçüncü kanat yolu isə Kəlbəcərdə olacaq”, - deyə dövlət başçısı əlavə edib.

AzNews.az