ABŞ-dan şok qərar: Türkiyəyə getməyin

7 Sentyabr 2013 10:55 (UTC+04:00)
ABŞ Xarici İşlər Nazirliyi Liviyadan sonra Türkiyədəki vətəndaşlarına da göstəriş verib. Türkiyənin "Vatan" qəzetinin verdiyi xəbərə görə, Suriyaya müdaxilə ilə əlaqədar ABŞ-ın Türkiyədəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bu qərara gəlib. Bu məqsədlə ABŞ Xarici İşlər Nazirliyi Türkiyənin cənub-şərqinə zəruri işləri olmadıqda vətəndaşlarının səyahət etməmələrini məsləhət görüb. Həmçinin Nazirlik Adanadakı ABŞ konsulluğunun xüsusi əməkdaşları xaric dimlomat ailələrinin də Adanadan getməsinə əmr verib.

Bu arada, Suriya Türkiyəyə hücum edərsə, "Patriot" sisteminin nə qədər müqavimət göstərə biləcəyi məsələsi gündəmə gəldiyi vaxtda Suriya tərəfdən gözlənilən mərmi, təyyarə və kimyəvi silah hücumuna qarşı Adana İncirlik Hava Bazasında Hollandiya tərəfindən yaradılan Patriot müdafiə sistemi ikinci dəfə jurnalistlərə tanıdılıb. Müdafiə sisteminin komandiri kapitan Van Der Hayd, "Patriot"ların 24 saat tətikdə olduğunu, ehtimal olunan hücuma qarşı Adana və İncirliyi qoruya biləcəyini deyib. Hollandiyalı komandada çalışan Türk əsilli kapitan İbrahim Ekiz də "Patriot" müdafiə sisteminin qoruma zəmanətinin yüzdə-yüz olduğunu söyləyib.

Xəbər "Axar.az"dan gəlir