Bakıda internet problemi yaranıb

21 Avqust 2025 16:00 (UTC+04:00)

Bakı şəhərinin bir sıra ərazilərinə internetin verilməsində problem yaranıb.

"APA-Economics" xəbər verir ki, paytaxtda sabit genişzolaqlı və mobil internetin verilməsində fasilə yaranıb.

Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparıldığı bildirilib. Araşdırmaların nəticələrinə uyğun olaraq ictimaiyyətə məlumat veriləcək.

AzNews.az