Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 700-ü ötüb

21 Avqust 2025 16:26 (UTC+04:00)

Pakistanda ölkə boyu yağan güclü yağışlar nəticəsində baş verən daşqınlar nəticəsində 700-dən çox adam ölüb.

Associated Press (AP) bu barədə məlumat yayıb.

Məqalədə deyilir: “İyunun 26-dan bəri ən azı 746 nəfər ölüb.

Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə, son 24 saat ərzində ən azı 41 nəfər hava ilə bağlı insidentlər nəticəsində həlak olub, onların əksəriyyəti şimaldakı Gilgit-Baltistan bölgəsində və Kəraçi şəhərindədir".

Mövsüm,

AzNews.az