Hazırda "Aztelekom" MMC-nin şəbəkəsində internet xidmətlərinin göstərilməsində hər hansı nasazlıq və yaxud kəsintilər müşahidə olunmur.
Bu barədə şirkətdən bildirilib.
"Abunəçilərimizə sabit və fasiləsiz internetin təmin edilməsi bizim üçün əsas prioritetdir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq, bu gün sosial şəbəkələrdə ölkədə internet təchizatı ilə bağlı problemlərin olması barədə məlumatlar yayılıb.
AzNews.az