Siyasi arenada kritik görüş...
Fransa prezidenti Emmanuel Makron prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Görüşlə bağlı sosial şəbəkədə paylaşım edən Makron bunları qeyd edib.
"Prezident Ərdoğanla beynəlxalq vəziyyəti müzakirə etdik. İlk növbədə, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə son qoymaq məqsədini paylaşırıq. Bu, hərbi əməliyyatların dayandırılmasını və Ukrayna üçün güclü təhlükəsizlik təminatlarının müəyyən edilməsini tələb edir. İradəli Koalisiya çərçivəsində bu məsələdə mükəmməl əməkdaşlığa görə Türkiyəyə təşəkkür edirəm " .
Makron Yaxın Şərqdəki hadisələrə toxunaraq deyib:
Biz İsrail hökumətinin Qəzza şəhərinə qarşı hərbi əməliyyata başlamaq və İordan çayının qərb sahilində, xüsusən də E1 bölgəsində yeni yaşayış məntəqələri yaratmaqla bağlı son qərarlarını şiddətlə qınayırıq.
Bu, yalnız daimi münaqişə vəziyyətinə gətirib çıxara bilər. Yalnız atəşkəs, girovların azad edilməsi, humanitar yardımların çatdırılması və siyasi həll regionda hamı üçün sülh və təhlükəsizliyi təmin edə bilər.
Sentyabrda Nyu Yorkda keçiriləcək və Fransanın həmsədrliyi ilə keçiriləcək İki Dövlətli Həll Konfransına toxunan Makron, “Fransanın sentyabrda Nyu-Yorkda həmsədrlik edəcəyi İki Dövlətli Həll Konfransı üçün Türkiyə səlahiyyətliləri ilə sıx əməkdaşlıq edirik",- deyə vurğulayıb.
“Qəzzada sabitləşmə missiyasının həyata keçirilməsi və iki dövlətli həllə əsaslanan siyasi həll yolunun yenidən işə salınması xüsusilə vacibdir .
Fransa prezidenti avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə edilən irəliləyişlərə də toxunaraq deyib:
"Biz həmçinin bəyan etmişik ki, avqustun 8-də prezident Trampın himayəsi altında Ermənistan və Azərbaycan arasında keçirilən görüş ümid verib. Tərəqqinin davam etməsi, bütün sərhədlərin açılması və regional əməkdaşlığın gücləndirilməsi vacibdir " .
Emmanuel Makron yazısını "Nəhayət, prezident Ərdoğana Fransanın Türkiyə ilə ikitərəfli iddialı gündəmdə işləməyə hazır olduğunu bir daha təkrar etdim ",- deyə yekunlaşdırıb.
Mövsüm,
AzNews.az