Seçkilərlə bağlı 9 beynəlxalq təşkilat Bakıya dəvət edildi - SİYAHI

7 Sentyabr 2013 11:10 (UTC+04:00)
Azərbaycan Respublikasının Milli Məclisi 2013-cü ilin oktyabr ayının 9-da ölkəmizdə keçiriləcək prezident seçkilərinə müşahidəçi qismində iştirak etmək üçün bir sıra beynəlxalq təşkilatlara rəsmi dəvət göndərib.

Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

A.Təvəkküloğlunun sözlərinə görə, Milli Məclis 9 oktyabr prezident seçkilərində iştirak etmək üçün 9 beynəlxalq təşkilata dəvət göndərib:

1. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyası;

2. Avropa Parlamenti;

3. Avropa Şurası Parlament Assambleyası (AŞPA);

4. Müstəqil Dövlətlər Birliyi (MDB) Parlament Assambleyası;

5. Türkdilli Ölkələrin Parlament Assambleası (TÜRKPA);

6. Asiya–Sakit Okean hövzəsi ölkələrinin beynəlxalq mərkəzçi demokratları təşkilatı;

7. Latın Amerikası və Karib Hövzəsi ölkələrinin siyasi partiyalarının daimi konfransı;

8. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı;

9. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyası.

A.Təvəkküloğlunun sözlərinə görə, bu təşkilatlara Milli Məclis tərəfindən dəvət göndərilib ki, oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində öz nümayəndələrini göndərsinlər və müşahidəçilik missiyasını yerinə yetirsinlər. (modern.az)

AzNews.az