ASCO-nun Müşahidə Şurasına yeni sədr təyin olunub

22 Avqust 2025 10:43 (UTC+04:00)

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Müşahidə Şurası yenidən formalaşdırılıb.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev Şuranın sədri təyin edilib.

AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un baş hüquq inzibatçısı Toğrul Quluzadə isə Şuranın üzvləri seçiliblər.

AzNews.az