Külli miqdarda çətənə kolları məhv edildi

7 Sentyabr 2013 11:36 (UTC+04:00)
Qax rayonunda külli miqdarda çətənə kolları məhv edilib.

AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəlayir kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 5 ton 200 kiloqram olan 15300 ədəd çətənə kolu yığılaraq məhv edilib.

AzNews.az