Finlandiyanın Summa Defence müdafiə konserni pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyasını 2025-ci ilin ikinci yarısında Ukraynaya göndərəcək.
Bu barədə şirkətin saytında dərc olunmuş press-relizdə məlumat verilib .
Qeyd olunur ki, Finlandiyanın cənubunda Summa Drones konserninin törəmə müəssisəsinin yeni istehsal müəssisələri artıq işə salınıb. Nəşrin məlumatına görə, ukraynalı tərəfdaşla əməkdaşlıqda ilk sınaq partiyasının istehsalı artıq davam edir.
"Biz ilk partiyaların hazır olmasını və ilin ikinci yarısında tədarüklərin başlanacağını gözləyirik", - deyə məlumatda bildirilir.
Mövsüm,
AzNews.az