Gürcüstan ABŞ-ın Suriyaya hərbi müdaxiləsini dəstəkləyir

7 Sentyabr 2013 12:30 (UTC+04:00)
Gürcüstanın baş naziri Bidzina İvanişvili ABŞ-ın Suriyaya qarşı hərbi müdaxiləsinə müasibət bildirib.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, baş verənlərdən çox narahat olduğunu söyləyən B.İvanişvili bildirib:

"Mən Suriyada baş verənlərdən çox narahatam. Çox təəssüf ki ABŞ Suriyada dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsi ilə bağlı tutarlı faktlara malikdir. Mən starateji tərəfdaş kimi ABŞ-a inanıram."

AzNews.az