Zelenski: Təhlükəsizlik zəmanətləri yaxın günlərdə hazır olacaq

23 Avqust 2025 16:20 (UTC+04:00)

Təhlükəsizlik zəmanətləri yaxın günlərdə hazır olacaq.

Aznews.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski X-də yazıb.

Zelenski vurğulayıb ki, Rusiya heç bir sülh niyyəti nümayiş etdirmir, ona görə də mövqeyini dəyişmək üçün təzyiq və “bütün məsələlərin müzakirəsi üçün ən yüksək səviyyədə görüş” lazımdır.