Lalə Şövkət Cəmil Həsənliyə niyə imza verməyib? – Açıqlama

7 Sentyabr 2013 12:07 (UTC+04:00)
Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə toplanan imzalar arasında bu qurumun üzvləri ALP lideri Lalə Şövkət və partiyanın sədri Əvəz Temirxanın imzasının olmadığı məlum olub.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən ALP sədri Əvəz Temirxan deyib ki, onlar imza vermək istəyiblər: "Mən imza toplamaq üçün Həsən Kərimova şəxsən müraciət etim. Amma o mənə bildirdi ki, imza vərəqələri bitib".

Ə.Temirxanın sözlərinə görə, ALP-nin C.Həsənliyə imza toplamamasının günahı bu partiyada yox, Milli Şuradadır: "Bu, bizim günahımızdan baş verməyib. Liberal Partiyaya imza vərəqələri verilməyib". Lalə Şövkətin C.Həsənliyə niyə imza verməməsinə gəlincə isə ALP sədri deyib ki, heç kim L.Şövkətdən imza istəmədiyi üçün o da imza verməyib: "Lalə xanımdan imza istəyən olmayıb, ona görə də o, Cəmil Həsənliyə imza verməyib".

Bahar Rüstəmli
AzNews.az