Beyləqanda ot tayasından yıxılan kişi xəstəxanada ölüb

23 Avqust 2025 22:21 (UTC+04:00)

Gəncədə 64 yaşlı kişi xəstəxanada ölüb.

Aznews.az xəbər verir ki, ölən şəxs Beyləqan rayon sakini, 1961-ci il təvəllüdlü H.Hüseynovdur.

Qeyd olunur ki, bir neçə gün əvvəl H.Hüseynov Beyləqan rayonunun İkinci Aşıqlı kəndində öz həyətində ot tayasından yıxılıb.

Əvvəlcə o, Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır olduğundan isə Gəncədəki xəstəxanaların birinə aparılıb.