Gürcüstan Milli Müdafiə Qüvvələrində ilk dəfə azərbaycanlı qadın leytenant rütbəsi alıb

23 Avqust 2025 22:50 (UTC+04:00)

Gürcüstan Milli Müdafiə Qüvvələrində ilk dəfə azərbaycanlı qadın leytenant rütbəsi alıb.

Aznews.az xəbər verir ki, Gürcüstanda ilk dəfə etnik azərbaycanlı qadın hərbçi – Sevil Məmmədova Milli Müdafiə Akademiyasını uğurla bitirərək leytenant rütbəsi alıb.

S.Məmmədova bu il ali hərbi təhsilini başa vurub və karyerasını Gürcüstanın Milli Müdafiə Qüvvələrində davam etdirməyi planlaşdırır.

Onun uğuru Gürcüstanda yaşayan azərbaycanlı gənclərin dövlətin müxtəlif sahələrində, xüsusilə də müdafiə və təhlükəsizlik strukturlarında təmsilçiliyinin artmasına mühüm nümunə kimi dəyərləndirilir.