Tokayev Zelenskini Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edib

24 Avqust 2025 10:10 (UTC+04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə ukraynalı həmkarı Volodimir Zelenskiyə təbrik teleqramı göndərib.

“Report”un Qazaxıstan bürosunun xəbərinə görə, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.

Tokayev Ukrayna xalqına sülh və firavanlıq arzulayıb.

Qeyd edək ki, Ukrayna avqustun 24-də Müstəqillik Gününü qeyd edir.

AzNews.az