Ukrayna və Kanada birgə silah istehsalı haqqında saziş imzalayıb

24 Avqust 2025 20:48 (UTC+04:00)

Ukrayna və Kanada Kiyevdə müdafiə təyinatlı avadanlıqların birgə istehsalı haqqında saziş imzalayıblar.

Aznews.az xəbər verir ki, bu haqda Ukraynanın müdafiə naziri Denis Şmıxal məlumat verib.

“Saziş ikitərəfli müdafiə-sənaye əməkdaşlığının dərinləşdirilməsinə, Ukrayna və Kanadada yeni istehsal güclərinin genişləndirilməsinə və yaradılmasına, müdafiə təchizatının davamlılığının artırılmasına yönəlib”, - Şmıxal “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, saziş Kanadada Ukrayna şirkətlərinin yaradılmasını sadələşdirəcək və texnologiyalar mübadiləsini gücləndirəcək.