İranın cənubunda Sadra şəhərinə girişdə avtobusun qəzaya uğraması nəticəsində 22 nəfər xəsarət alıb.
Bu barədə IRNA telekanalı yerli hakimiyyətə istinadən məlumat verib.
"Qəza bu gün səhər baş verib. Hadisə yerinə beş təcili yardım maşını ilə qəza briqadaları göndərilib və yaralananlar üçün ilkin tibbi tədbirlər görülüb", - telekanal bildirib.
Qəzanın səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.
Report