Tusk: Polşa Ukraynaya qoşun göndərməyəcək

25 Avqust 2025 18:50 (UTC+04:00)

Polşa münaqişə bitdikdən sonra Ukraynaya qoşun yeritməyəcək , Kiyevə yardımın maddi-texniki təşkilatını öz üzərinə götürəcək.

Bu barədə Polşanın Baş naziri Donald Tusk kanadalı həmkarı Mark Karni ilə söhbətində bildirib.

"Polşa münaqişənin bitməsindən sonra Ukraynaya qoşun göndərmək niyyətində olmasa da, Ukraynaya yardımın maddi-texniki təşkilinə cavabdeh olacaq", - deyə Tusk bildirib.

O əlavə edib ki, Polşa həm də Avropa-Rusiya və Avropa-Belarus sərhədlərinin qorunmasına cavabdeh olacaq. Tuskun sözlərinə görə, Kanada Ukraynaya bu cür dəstəyi “tam başa düşür”.

Mövsüm,

AzNews.az