Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

26 Avqust 2025 11:34 (UTC+04:00)

"Bakı Metropoliteni" QSC bu ilin yanvar-iyun aylarında sərnişin daşımalarından 54 milyon 37,2 min manat gəlir əldə edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,7 % çoxdur.

Hesabat dövründə metropolitenin xidmətlərindən 111 milyon 394,7 min nəfər (-1,6 %) istifadə edib.

Xatırladaq ki, Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten üç xətdən (yaşıl, qırmızı və bənövşəyi) və 27 fəaliyyət göstərən stansiyadan ibarətdir.

AzNews.az