Nazir: Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişikliyi gözləyir

26 Avqust 2025 16:12 (UTC+04:00)

Azərbaycan sülh sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsini, ərazi iddialarının aradan qaldırılmasını gözləyir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

Nazir həmçinin bildirib ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamədə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla maneəsiz əlaqəsi xüsusilə vurğulanıb:

“Bu məqsədlə Ermənistan ərazisində həyata keçiriləcək Zəngəzur dəhlizi (Tramp yolu) Azərbaycanın daxili birliyini və regional iqtisadi inteqrasiyanı təmin edir: "Bu layihə həmçinin regional ticarət və nəqliyyat imkanlarını genişləndirəcək”.

AzNews.a