Con Kerri Avropaya təşəkkür etdi

7 Sentyabr 2013 18:25 (UTC+04:00)
ABŞ-ın dövlət katibi Con Kerri Avropa Birliyi nazirlərinə Suriya ilə bağlı mövqeyinə görə, təşəkkürünü bildirib.

Avropalı nazirlər Suriyaya qarşı "dəqiq və sərt" addımın atılmasının vacibliyi haqqında qərar qəbul edib.

AB-nin baş diplomatı Ketrin Eşton Vilnüsda ABŞ-ın dövlət katibi Con Kerrinin də iştirak etdiyi nazirlərin görüşündə deyib ki, Suriyada kimyəvi silahdan istifadəyə dair faktlar göstərir ki, bunun arxasında hakimiyyət qüvvələri durur.

Kerri də öz növbəsində AB ölkələrinin bu mövqeyinə görə, ABŞ dövlətinin təşəkkürlərini bildirib.

AzNews.az