Türkiyə XİN qondarma "erməni soyqırımı"nı tanıdığını bildirən Netanyahuya cavab verib

27 Avqust 2025 16:13 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsrailin Baş naziri Benyamin Netanyahunun qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatını rədd edib.

Türkiyə XİN bununla bağlı bəyanat yayıb.

“Netanyahunun 1915-ci il hadisələri ilə bağlı açıqlaması keçmişdəki kədərli hadisələri siyasi istismara çəkməyə hədəflənmiş bir təşəbbüsdür. Fələstin xalqına qarşı törədilən soyqırımdakı roluna görə mühakimə olunan Netanyahu özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır. Tarixi və hüququ həqiqətlərə uyğun olmayan bu bəyanatı qınayır və rədd edirik”, - Türkiyə XİN bildirib.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu müsahibəsində İsrailin Baş naziri olaraq "erməni soyqırımı"nı tanıdığını elan edib.

APA