Gizlənqaç da olimpiya oyunlarına salınacaq?

7 Sentyabr 2013 19:23 (UTC+04:00)
Yaponiyalı professor Yasuo Hazaki təklif edib ki, gizlənqaç olimpiya oyunları siyahısına salınsın.

Alim öz təklifini onunla əsaslandırıb ki, hər kəs olimpiyaçı kimi qaça bilməz, lakin hər kəs gizlənqaç oyununu oynamaq üçün ağıllı və hiyləgər ola bilər.

Keçmiş yüngül atlet, 64 yaşlı professor əmindir ki, əgər Tokio 2020-ci ildə keçiriləcək olimpiya oyunlarının vətəni seçilərsə, bu hadisə gizlənqaçın olimpiya oyunlarına salınması üçün imkan yarada bilər.

"Mən istərdim ki, 2020-ci ildə gizlənqaç sınaq məqsədi ilə olimpiya oyunlarına salınsın. Sonradan isə bu oyun rəsmi oyunlardan da ola bilər", - professor Yasuo Hazaki qeyd edib.

AzNews.az