Danimarka ABŞ diplomatını Xarici İşlər Nazirliyinə çağırıb

27 Avqust 2025 18:21 (UTC+04:00)

Danimarkanın ən azı üç ABŞ vətəndaşının Qrenlandiyada təsir kampaniyası aparması ilə bağlı iddialardan sonra ABŞ-ın Qrenlandiyadakı yüksək səviyyəli diplomatik nümayəndəsi, müvəqqəti işlər vəkili Mark Strohu Xarici İşlər Nazirliyinə çağırdığı bildirilir.

Danimarkanın DR qəzeti xarici işlər naziri Lars Lokke Rasmussenin məsələ ilə bağlı onlara açıqlama verdiyini yazıb.

Məlumata görə, Rasmussen ABŞ prezidenti Donald Tramp və Ağ Evlə əlaqəsi olan ən azı 3 ABŞ vətəndaşının Qrenlandiya və Danimarka arasında nifaq salmağa cəhd etməsi ilə bağlı iddialardan sonra ABŞ-ın Danimarkadakı ən yüksək rütbəli diplomatik nümayəndəsi olan müvəqqəti işlər vəkili Strohu Xarici İşlər Nazirliyinə çağırıb.

Rasmussen deyib ki, “Krallığın daxili işlərinə hər hansı müdaxilə cəhdi, əlbəttə ki, qəbuledilməzdir”.

Qrenlandiyada da fəaliyyət göstərən Danimarka Təhlükəsizlik və Kəşfiyyat Xidməti də DR-yə Qrenlandiyanın müxtəlif təsir kampaniyalarının hədəfi olduğunu bildirib.

Ağ Ev məsələ ilə bağlı açıqlama verməsə də, ABŞ-ın Kopenhagendəki səfirliyi ABŞ hökumət rəsmisindən aşağıdakı açıqlamanı verib:

"ABŞ Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət edir. ABŞ Qrenlandiya vətəndaşlarının fəaliyyətinə nəzarət etmir".

DR daha əvvəl dərc olunmuş hesabatında Tramp və Ağ Evlə əlaqəsi olan ən azı üç ABŞ vətəndaşının Qrenlandiyada təsir kampaniyası apardığını və Trampı dəstəkləyən Qrenlandiya vətəndaşlarının adlarını sadaladıqlarını iddia etmişdi.

Mövsüm,

AzNews.az