Ərəb şeyxlərinin rus sevgililəri

7 Sentyabr 2013 21:19 (UTC+04:00)
Livanın paytaxtı Beyrut yaxşı havası, yeməyi və parlaq işıqları ilə yanaşı, Rusiya, Belorus, Ukraynadan gələn qızları ilə ərəb turistlərinin ən çox sevdiyi şəhərlərdəndir.

Bu şəhərdə gözəl sarışın xanımlar turistləri, eləcə də sərvətləri ilə dünyanı təəccübləndirən ərəb şeyxlərini özünə cəlb edir.

Öz ölkələrində rahat şəkildə istirahət edə bilməyən və əylənməyən ərəblər üçün Beyrut çıxış yoludur. Şəudiyyə Ərbistanından gələn turistlər üçün Beyrut yaxşı həyat, yaxşı hava, yaxşı xidmət və çox gözəl qızları olan seks şəhəridir.

turkiyeturizm.com saytının məlumatına görə, seks turizmi üçün Beyrutun 20 km-də "qırmızı işıq" adlı xüsusi yer hazırlanıb.

Burada rus qızlarını varlı ərəblərin yanında görmək olar. Buradakı gecə klubundakı rəqqasə ilə əylənmək üçün 1000 dollar ödənilməlidir.

Həmin əyləncə məkanının yaradıcısı olan Maameltein və dosti Karlosu burada hamı tanıyır. Əylənmək istəyənlərin hamısı onu axtarır.

Maameltein qadınlar barədə danışarkən ən çox Şərqi Avropadan gələn gözəllərə maraq olduğunu bildirib: "Bu qızlar daha yaxşı qazanır. Onlar üçün hətta livanlılar da gəlir. Ancaq bu qızları daha çox iraqlılar istəyir. Amma ən yaxşı müştərilər Səudiyyə Ərəbistanı, Küveyt və digər Körfəz ölkələrindən gəlir".

Elnur
AzNews.az