Cəlilabadda avtoqəza; yaralılar var

8 Sentyabr 2013 07:22 (UTC+04:00)
"Mercedes" "Vaz" markalı minik avtomobili ilə toqquşub, nəticədə 2 nəfər yaralanıb. Bu barədə Trend məlumat verib.

Bildirilir ki, Cəlilabad şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin digər vətəndaşa məxsus "Vaz" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Nəticədə "Mercedes" markalı avtomobilinin sürücüsü muxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və təcili yardım xidmətinə təhvil verilib.

"VAZ" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılaraq rayon mərkəzi xəstəxanasına aparılıb.

AzNews.az