Şabranda əkin sahəsini yandıran şəxs məsuliyyətə cəlb olunub

29 Avqust 2025 09:43 (UTC+04:00)

Dünən saat 12 radələrində Şabran şəhəri ərazisində Taxta Körpü su anbarının yaxınlığında 2 hektar əkin sahəsi və kol-kos yanıb.

Aznews.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin ərazinin yandırılmasına görə rayon sakini Şakir Kamilov saxlanılıb.

Onun barəsində qanunvericiliyə uyğun tədbir görülməklə, 400 manat məbləğində cərimələnib.