Ermənilər Türkiyəyə qarşı etiraz aksiyası keçirdi - Fotolar

8 Sentyabr 2013 08:20 (UTC+04:00)
Ermənilər Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğana qarşı etiraz aksiya keçiriblər.


500-dək erməni gənc Olimpiya Oyunları 2020-nin keçiriləcəyi şəhərin seçimlərinin baş tutduğu Hilton otelin qarşısına toplaşaraq şüarlar səsləndiriblər.

Atatürk və Ərdoğanın şəkillərinin olduğu və üzərində "Dünənin soyqırımçıları, bu günün inkarçıları - Soyqırımçı Türk dövləti", "Ərdoğan, bayıra", "1.500.001. soyqırım qurbanı Hrant Dink", "Soyqırımcı Türk dövləti 1.500.000 ermənini qətlə yetirdi. Ədalət istəyirik" yazılmış plakatlarla öz etirazlarını bildiriblər.

Daha sonra etirazçılara "İnqilabçı Barrikada Quruluşu" da qatılıb.

Çox maraqlıdır ki, nümayişçilərin əllərində erməni jurnalist Hrant Dinklə yanaşı, Gəzi hadisələrində həlak olan Əli İsmayıl Korxmaz və Licədəki partlayışda ölən Mədəni Yıldırımın rəsmləri də vardı.(anspress)

AzNews.az