Voleybolçularımız Belarusa uduzdu

8 Sentyabr 2013 08:55 (UTC+04:00)
Almaniya və İsveçrədə təşkil olunan voleybol üzrə Avropa çempionatı davam edir.

Qitə birinciliyində mübarizə aparan Azərbaycan millisi də bu gün növbəti matçına çıxıb.

Faiq Qarayevin yetirmələri ikinci oyununda Belarusla üz-üzə gəlib. Təəssüf ki, millimiz bu dəfə də məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, millimiz ilk görüşündə Xorvatiya ilə üz-üzə gəlmiş və 0:3 hesabıyla uduzmuşdu. Belarus isə startda Rusiyaya 1:3 hesabıyla məğlub olmuşdu.

Qrupun digər oyununda Rusiya Xorvatiya ilə qarşılaşacaq.

Avropa çempionatı
Qrup mərhələsi
C qrupu
7 sentyabr

Azərbaycan - Belarus - 1:3 (23:25, 20:25, 25:17, 22:25)

Turnir cədvəli: Xorvatiya - 3 xal (set fərqi 3:0), Rusiya - 3 (3:1), Belarus - 3 (4-4), Azərbaycan (1-6) (azerisport)

AzNews.az