Əmtəə bazarlarında qızıl 3 500 dollardan yuxarı səviyyədə ticarət olunur

1 Sentyabr 2025 09:09 (UTC+04:00)

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,66% artaraq 3 546,17 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,49% artaraq 41,33 ABŞ dolları olub.

AzNews.az