Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində 622 nəfər ölüb, 1500-dən çox insan yaralanıb.
Bu barədə Reuters agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
"Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində 622 nəfər ölüb, 1500-dən çox insan yaralanıb. Helikopterlər yaralıları dağıntılar altından təhlükəsiz yerə təxliyə edirdi", - nəşr yazır.
Qəzetin yazdığına görə, Əfqanıstan səhiyyə orqanları xilasedicilərin "uzun müddət zəlzələ və daşqın tarixi olan bölgəyə səpələnmiş uzaq kəndlərə" çatmağa tələsdiklərini bildirib.
Mövsüm,
AzNews.az