Azərbaycan futbolu son illərdə həm beynəlxalq turnirlərdə qazandığı təcrübə, həm də infrastruktur baxımından keçdiyi inkişaf yolu ilə diqqət mərkəzinə düşüb. “Qarabağ” klubunun ardıcıl olaraq Avropa kuboklarında çıxış etməsi, milli komandaların müəyyən mərhələlərdə irəliləyiş göstərməsi və yerli liqalarda gənclərə daha çox şans verilməsi artıq yeni bir tendensiyanın formalaşmasına səbəb olub – azərbaycanlı futbolçuların Avropa bazarına çıxışı.
Bu mövzu son illərdə daha çox müzakirə olunur. Bir tərəfdən ölkə futbolu tarixində ilk dəfə belə geniş imkanların açılması sevinclə qarşılanır, digər tərəfdən isə bu prosesin qarşısında duran real maneələr də gözardı edilmir.
Gənc oyunçuların Avropa bazarına çıxması üçün ən önəmli məqam onların erkən yaşda beynəlxalq təcrübə qazanmasıdır. Bu baxımdan UEFA Gənclər Liqasında iştirak edən komandaların təcrübəsi çox dəyərlidir. Məsələn, “Qarabağ”ın gənclər komandası bu turnirdə mütəmadi iştirak etməklə, futbolçularını Avropa nizam-intizamına uyğunlaşdırır.
Məsələn, son illərdə azərbaycanlı gənclərin Türkiyə Superliqasında, hətta Almaniya aşağı liqalarında şans qazanması bunun bariz nümunəsidir. Onlar üçün əsas məqsəd ilkin mərhələdə uyğunlaşmaq, daha sonra isə daha böyük klublara keçid imkanı əldə etməkdir.
İkinci böyük problem menecerlərin və agentliklərin peşəkarlıq səviyyəsidir. Bir çox gənc futbolçu düzgün təmsil olunmadığı üçün ya uyğun olmayan klublara transfer edilir, ya da potensialını tam ortaya qoya bilmir. Bu isə onların karyerasına mənfi təsir göstərir.
Üçüncü məqam isə psixoloji hazırlıqdır. Avropaya gedən oyunçular yalnız futbol meydançasında deyil, gündəlik həyatda da fərqli mədəniyyətlə üzləşirlər. Bu prosesdə dil baryeri, adaptasiya çətinlikləri və rəqabət stressi onların inkişaf tempini ləngidə bilir.
Əgər bu imkanlar sistemli şəkildə dəyərləndirilərsə, yaxın illərdə daha çox futbolçunun Avropa liqalarında çıxış etdiyini görə bilərik. Xüsusilə də 2004–2006-cı illərdə doğulan yeni nəsil futbolçuların potensialı yüksək qiymətləndirilir. Onların Avropada inkişafı həm şəxsi karyeraları, həm də Azərbaycan futbolunun imici üçün mühüm rol oynayacaq.
AzNews.az