Müharibə əleyhinə etiraz aksiyaları keçirildi

8 Sentyabr 2013 11:00 (UTC+04:00)
ABŞ-ın bir sıra iri şəhərlərində Suriyaya hərbi müdaxilə əleyhinə etiraz aksiyaları keçirilib. Aksiyalar Nyu-York, Vaşinqton, İndianapolis, Çikaqo və Boston şəhərlərində baş tutub.

Aksiya iştirakçıları "Suriya ilə müharibəyə yox", "Yalan üzərində qurulmuş daha bir müharibəy istəmirik" kimi şüarlar səsləndiriblər.

Polis dinc aksiyaya müdaxilə etməyərək aksiya iştirakçılarını müşayiət edib. Ancaq aksiya iştirakçıları mərkəzi yolları bağlamaq istəyərkən polis bunun qarşısını alıb. (anspress)

AzNews.az