Əlövsət Osmanlı vəfat etdi

8 Sentyabr 2013 09:50 (UTC+04:00)
Məşhur təhsil eksperti, alim Əlövsət Osmanlı dünyasını dəyişib.

Xəbəri APA-ya Ə. Osmanlının oğlu Dilqəm Osmanov təsdiqləyib. O bildirib ki, atası dünən Milli Parkda gəzişərkən anidən ürək tutması olub. Dərhal həkim çağırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstanın Dəmirli kəndində anadan olmuşdu. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.

Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitlərinin müəllifidir. Təhsilin məzmunu ilə bağlı geniş tədqiqat işləri aparıb.

Ailəlidir. 1 oğlu və 1 qızı var.

AzNews.az