Belçika Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının (UNGA) sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini tanıyacaq.
Bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevost X sosial şəbəkəsində məlumat verib.
"Belçika BMT-nin sessiyasında Fələstini tanıyacaq! Və İsrailə qarşı sərt sanksiyalar tətbiq olunacaq . HƏMAS tərəfdarları tərəfindən istənilən antisemitizm və ya terrorizmi tərifləmələri də qətiyyətlə pislənəcək", - o yazıb.
Fələstin dövlətinin tanınmasının Fransa və Səudiyyə Ərəbistanının birgə təşəbbüsü çərçivəsində həyata keçiriləcəyi vurğulanır.
Mövsüm,
AzNews.az