Trampın sərvəti bir gündə bu qədər artıb

2 Sentyabr 2025 23:59 (UTC+04:00)

WLFI tokeninin buraxılmasından cəmi bir gün sonra ABŞ Prezidenti Donald Trampın sərvəti 5 milyard dollardan artıq yüksəlib.

Aznews.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumata əsasən, Tramp ailəsinin yeni kriptovalyutası ilə birjada alqı-satqı əməliyyatlarına start verildikdən sonra Ağ Ev rəhbərinin sərvəti ona məxsus bütün daşınmaz əmlakın dəyərini ötüb.

Beləliklə, Trampın birgünlük gəliri onun indiyədək bütün həyatı boyu əldə etdiyi qazancı geridə qoyub.