Heqset: ABŞ nə Rusiya, nə də Çinlə münaqişəyə can atmır

3 Sentyabr 2025 17:17 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın administrasiyası Çinlə münaqişəni qaçılmaz hesab etmir və münaqişənin başlanmasına çalışmır.

Bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.

“Prezident Tramp bizi Müdafiə Nazirliyinə ordumuzda tarixi yenidənqurma işləri aparmağa, hərbi ruhumuzu bərpa etməyə və çəkindirmə qabiliyyətini bərpa etməyə hazır olmağı tapşırıb – bu, münaqişə axtardığımız üçün deyil”,- deyə o, qeyd edib.

O, əlavə edib ki, Birləşmiş Ştatlar Rusiya, Çin və ya digərləri ilə münaqişəyə can atmır; Birləşmiş Ştatlar “bunu açıq şəkildə bildirdi”.

Mövsüm,

AzNews.az