Fransanın ekoloji keçid, biomüxtəliflik, meşələr, dəniz və balıqçılıq naziri Agnes Pannier-Runacher Parisdə keçirdiyi mətbuat konfransında yay temperaturlarına toxunub. Pannier-Runacher bu ilin 1900-cü ildən bəri qeydə alınan üçüncü ən isti yay olduğunu vurğulayıb.
Avqust ayında ölkənin cənubunda havanın temperaturunun müxtəlif bölgələrdə 40 dərəcəni keçdiyini qeyd edən nazir iki ciddi istilərin yay fəslinə təsir etdiyini diqqətə çatdırıb. O, yaxın illərdə isti dalğalarının daha tez-tez və intensiv olacağı barədə xəbərdarlıq edib.
Pannier-Runacher yayda baş verən yanğınlarda ümumilikdə 30 min hektar ərazinin məhv olduğunu açıqlayıb. O, Aude əyalətinin Ribaute kəndində 11 min hektardan çox meşə sahəsinin yandığını qeyd edib və bu yanğını son 52 ilin ən dəhşətli fəlakətlərindən biri kimi qiymətləndirib.
Fransa Meteorologiya Agentliyinin baş direktoru Vircinie Şvarz, Fransada 1947-ci ildən bu yana 51 isti dalğasının qeydə alındığını bildirib. Şvarz qeyd edib ki, bu dalğalardan 25-i 1947-2011-ci illər arasında, 26-sı isə yalnız 2011-ci ildən bu günə qədər baş verib.
Mövsüm,
AzNews.az