Moskva meri kim olmalıdır? - Video

8 Sentyabr 2013 13:25 (UTC+04:00)
Bu gün Rusiyanın paytaxtı Moskvada son on ildə görünməmiş prosesə start verilib. İlk dəfə birbaşa seçki yolu ilə moskvalılar öz merlərini seçəcək. Birbaşa seçkilər yolu ilə mer seçilmək üçün mübarizəyə 6 namizəd qoşulub.

Şəhər meri vəzifəsinə Moskvanın keçmiş meri Sergey Sobyanin, müxalif "Parnas" hərəkatından Aleksey Navalni, Rusiya Liberal-Demokrat Partiyasından Mixail Deqtyaryov, "Ədalətli Rusiya" Partiyasından Nikolay Leviçev, Kommunist Partiyasından İvan Melnikov və "Yabloko" hərəkatından Sergey Mitroxin namizədliklərini irəli sürüb.

Rəy sorğularına əsasən və mütəxəssislərin fikrincə, Sergey Sobyanin mer vəzifəsinə ən real namizəddir. Onun ən yaxın rəqibi kimi isə Aleksey Navalni qiymətləndirilir.

Seçicilər Moskva vaxtı ilə səhər saat 8-dən axşam 8-dək səsvermədə iştirak edə biləcəklər. Moskva ilə paralel Rusiyanın digər şəhərlərində də mer və parlament sekilərinə start verilib. Seçkilərin ilkin nəticələrinin bu gün axşam saatlarında məlum olacağı gözlənilir.(anspress)



AzNews.az