Azərbaycan cüdoçusu Avropa çempionu oldu

4 Sentyabr 2025 18:49 (UTC+04:00)

Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Aznews.az xəbər verir ki, final görüşündə Azərbaycan təmsilçisi Nihad Məmişov italiyalı Françesko Sampino ilə üz-üzə gəlib. 60 kiloqram çəki dərəcəsində yarışan idmançı rəqibini üstələyərək qızıl medal qazanıb.

Bu gün Azərbaycanın digər cüdoçusu Məhəmməd Musayev də (66 kiloqram) final qarşılaşmasında çıxış edəcək.